ABŞ-da vəkil ofisində baş verən silahlı insidentdə üç nəfər ölüb

ABŞ-da vəkil ofisində baş verən silahlı insidentdə üç nəfər ölüb ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində hüquq firmasının ofisinə silahlı insident baş verib, 3 nəfər ölüb.
Digər ölkələr
8 aprel 2024 21:45
ABŞ-da vəkil ofisində baş verən silahlı insidentdə üç nəfər ölüb

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində hüquq firmasının ofisində silahlı insident baş verib, 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə NBC yerli polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, atışma aprelin 8-də yerli vaxtla təxminən saat 10:00-da (Bakı vaxtı ilə 21:00) baş verib. Belə ki, hadisə yerində ofisə silahlı hücum edən şəxsdən başqa, bir kişi və bir qadının cansız bədəni aşkarlanıb.

Dərhal hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları ofisin yerləşdiyi binadan insanları təxliyə ediblər. Polis ictimaiyyət üçün əlavə təhlükə olmadığını söyləyib.

Cinayətin motivi və ölənlər barədə məlumat verilmir. Ehtimal edilir ki, ofisə hücum edən cinayətkar intihar edib.

Son xəbərlər

Orphus sistemi