ABŞ-da uşaqları aparan maşın qəzaya uğrayıb, ölən və yaralananlar var

ABŞ-da uşaqları aparan maşın qəzaya uğrayıb, ölən və yaralananlar var Qəza Virciniya ştatında baş verib
Digər ölkələr
9 Sentyabr , 2017 06:51
ABŞ-da uşaqları aparan maşın qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Virciniya ştatında ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "wusa9.com" portalı məlumat yayıb.

Hadisə ştatın Louden şəhərciyi yaxınlığında qeydə alınıb. Qəza zamanı ərzaq daşıyan yük maşını minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində bir nəfər ölüb. Daha yeddi nəfər, o cümlədən 3 uşaq isə müxtəlif dərəcəli xəsarət alıb.

Yük maşınında olan üç sərnişin yüngül xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi