ABŞ-da ukraynalı hərbçilərin “F-16”lardan istifadəsi müzakirə ediləcək

ABŞ-da ukraynalı hərbçilərin “F-16”lardan istifadəsi müzakirə ediləcək ABŞ Prezidenti Cozef Bayden və Danimarkanın baş naziri Mette Frederiksen iyunun 5-də Ağ Evdə keçiriləcək görüşdə, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin pilotlarının dördüncü nəsil qırıcıların, o cümlədən F-16-ların istifadəsi üçün təlimini müzakirə edəc
Digər ölkələr
3 İyun , 2023 05:48
ABŞ-da ukraynalı hərbçilərin “F-16”lardan istifadəsi müzakirə ediləcək

ABŞ Prezidenti Cozef Bayden və Danimarkanın baş naziri Mette Frederiksen iyunun 5-də Ağ Evdə keçiriləcək görüşdə, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin pilotlarının dördüncü nəsil qırıcıların, o cümlədən F-16-ların istifadəsi üçün təlimini müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.

Onun sözlərinə görə, Bayden və Frederiksen Ukraynaya sarsılmaz dəstəyi müzakirə edəcəklər:

“İnanıram ki, F-16 da daxil olmaqla, dördüncü nəsil qırıcıların istifadəsi üçün ukraynalı pilotların hazırlanması üzrə birgə səylərimiz söhbətin mövzularından biri olacaq.

Liderlərin bazar ertəsi müzakirə edəcəkləri geniş gündəliyi var. Onlar transatlantik təhlükəsizliyi və iqtisadi rifahı artırmaq üçün NATO müttəfiqləri və yaxın tərəfdaşlar kimi səylərimizi nəzərdən keçirəcəklər”.

Son xəbərlər

Orphus sistemi