ABŞ-da üç aydan sonra rekord yoluxma

ABŞ-da üç aydan sonra rekord yoluxma ABŞ-da ötən gün ərzində daha 62 mindən çox şəxsdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Digər ölkələr
16 Oktyabr , 2020 07:41
ABŞ-da üç aydan sonra rekord yoluxma

ABŞ-da ötən gün ərzində daha 62 mindən çox şəxsdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu, 31 iyuldan sonra ölkədə qeydə alınan ən yüksək gündəlik yoluxma sayıdır.

Ümumilikdə ölkə üzrə bu günə qədər 7,9 milyon koronavirusa yoluxma faktı aşkarlanıb, 5,3 milyondan çox pasiyent müalicə olunaraq sağalıb, 222 mini isə xəstəlik səbəbindən həyatını itirib.

Hər iki göstəriciyə görə ABŞ dünyada birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi