Yuxarı

ABŞ-da Donald Trampın tərəfdarları ilə əleyhdarları dava salıb - VİDEO

Nəticədə 20-dən çox nümayişçi saxlanıb

Bakı. 29 aprel. REPORT.AZ/ Kaliforniya ştatının Kosta Mesa şəhərində ABŞ prezidentliyinə namizədliyə iddialı Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında dava düşüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, siyasətçi bir neçə min seçici qarşısında çıxış edərkən onun əleyhdarları tədbirin keçirildiyi konfrans salonunun yaxınlığında bir yerə toplanıb. Onlar nəqliyyatın hərəkətini dondurublar. Milyarderin çıxışından sonra onun tərəfdarları küçəyə çıxıb və burada qarşı tərəf onları irqçilikdə ittiham ediblər.

Nümayişçilər polis maşınının arxa şüşəsini qırıb, avtomobilin üzərinə tullanmağa başlayanda hüquq-mühafizə orqanlarının əməkdaşları və atlı polislər kütləni qovamağa başlayıb. Nəticədə 20-dən çox nümayişçi saxlanıb.

Qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik mübarizəsində favorit sayılan Donald Tramp 994 nümayəndənin səsini qazanıb. Namizədliyinin irəli sürülməsini təmin etmək üçün ona 1 237 seçicinin dəstəyi lazımdır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi