Yuxarı
    Bağlamaq

    ABŞ-da Trampın müsəlmanlar əleyhinə fərmanı ilə bağlı etiraz aksiyaları keçirilib

    İştirakçılar prezidentin müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a gəlişinin qadağan edilməsi ilə bağlı fərmanının ləğvini tələb ediblər

    Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ-ın bir neçə şəhərində bu ölkənin miqrasiya siyasətinin sərtləşməsi əleyhinə etiraz aksiyaları keçirilib.

    "Report" xəbər verir ki, bu barədə "CNN" teleşirkəti məlumat yayıb.

    Məlumata görə, aksiya iştirakçıları prezident Donald Trampın müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a müvəqqəti gəlişinin qadağan edilməsi ilə bağlı fərmanının ləğvini tələb ediblər. Bu qəbildən olan ən böyük aksiya Nyu-Yorkdakı Con Kennedi adına Hava Limanı ərazisində keçirilib. Aksiyada 1000-ə yaxın etirazçı iştirak edib.

    Qeyd edək ki, yanvarın 28-də bu hava limanında müsəlman ölkələrindən gəlmiş 20 nəfər saxlanılıb. Etiraz aksiyası keçirənlər arasında saxlanılanların da yaxınları var.

    Bununla yanaşı, Denver (Kolorado ştatı), Çikaqo (İllinoys ştatı) və Vaşinqton şəhərlərində də etiraz aksiyaları keçirilib. Kütləvi tədbirlərdə bir neçə yüz insan iştirak edib. Onlar əllərində üzərinə "Qaçqınları buraxın, "Vizası olanların gəlişinə icazə verin" və digər şüarlar yazılmış transparantlar tutublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi