ABŞ-da toy mərasimi zamanı ağac aşıb, 1 nəfər ölüb, 5-i yaralanıb

ABŞ-da toy mərasimi zamanı ağac aşıb, 1 nəfər ölüb, 5-i yaralanıb Mərasim parkda keçirilib
Digər ölkələr
18 Dekabr , 2016 09:33
ABŞ-da toy mərasimi zamanı ağac aşıb, 1 nəfər ölüb, 5-i yaralanıb

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın Los-Anceles ştatının Uitter şəhərindəki parklardan birində keçirilən toy mərasimi zamanı faciə baş verib. Belə ki, evkalipt ağacının mərasim iştirakçılarının üzərinə aşması nəticəsində 1 qadın ölüb, daha 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə dairənin yanğın mühafizə xidmətinə istinadən "Associated Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, bir neçə nəfər ağacın altında çıxılmaz vəziyyətdə qalıb və xilasedicilər onları çıxartmaq üçün elektrik mişardan istifadə etməli olublar.

Son xəbərlər

Orphus sistemi