ABŞ-da ticarət mərkəzində yanğın nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb - YENİLƏNİB

ABŞ-da ticarət mərkəzində yanğın nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb - YENİLƏNİB Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.
Digər ölkələr
17 Sentyabr , 2018 20:29
ABŞ-da ticarət mərkəzində yanğın nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan 18 nəfəri yanğınsöndürəndir. 

Zərəçəkənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


*** 19:25

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində azı 17 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Nyu-York Şəhər Yanğınsöndürmə Departamentinin “Twitter" səhifəsində xəsarət alanlardan 15 nəfərinin yanğınsöndürənlər olduğu bildirilir. Onların vəziyyətinin normal olduğu qeyd edilir.

Hazırda yanğının söndürülməsi davam edir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi