ABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan var

ABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan var ABŞ-ın Corciya ştatında atışma olub.
Digər ölkələr
15 Dekabr , 2019 06:31
ABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan var

ABŞ-ın Corciya ştatında atışma olub.

"Report" xəbər verir ki, bu barədə yerli polis bildirib.

Məlumata görə, hadisə "Cumberland" ticarət mərkəzində qeydə alınıb. Atışma zamanı 1 nəfər xəsarət alıb.

"Yerli vaxtla saat 13:18-də Kobb dairəsi polisi "Cumberland" ticarət mərkəzində atışma ilə nəticələnən münaqişəyə reaksiya verdi. Bir nəfər yaralandı, hadisəni törədən ərazidən qaçaraq gizləndi. Zərərçəkən xəstəxanaya çatdırılıb", - deyə polisin "Twitter"dəki xəbərində bildirilir.

Polislər bildirdilər ki, atəş açanın şəxsiyyəti müəyyənləşdirilib. Hazırda onun axtarışı aparılır.

Son xəbərlər

Orphus sistemi