ABŞ-da ticarət mərkəzində atışma, altı nəfər yaralanıb

ABŞ-da ticarət mərkəzində atışma, altı nəfər yaralanıb ABŞ-da naməlum şəxs Boyse şəhərində (Aydaho ştatı - Red) yerləşən ticarət mərkəzində atəş açıb.
Digər ölkələr
26 Oktyabr , 2021 01:37
ABŞ-da ticarət mərkəzində atışma, altı nəfər yaralanıb

ABŞ-da naməlum şəxs Boyse şəhərində (Aydaho ştatı - Red) yerləşən ticarət mərkəzində atəş açıb.

“Report” xəbər verir ki, müvafiq bəyanatı şəhərin polis idarəsi tvitterdəki səhifəsində dərc edib.

Qeyd olunub ki, hadisə nəticəsində biri polis olmaqla 6 nəfər yaralanıb. Polislər faktla bağlı bir nəfəri saxlamağa müvəffəq olublar. Zərərçəkənlər barədə məlumat verilməyib.

Polis idarəsi qeyd edib ki, hazırda hər hansı təhlükə yoxdur və hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinin binasını yoxlayır.

Son xəbərlər

Orphus sistemi