ABŞ-da tibb mərkəzində atışma olub

ABŞ-da tibb mərkəzində atışma olub Xəstəxananın binası mühasirəyə alınıb
Digər ölkələr
31 Avqust , 2016 10:46
ABŞ-da tibb mərkəzində atışma olub

Bakı. 31 avqust. REPORT.AZ/ ABŞ-da Arizona ştatının ən böyük şəhəri olan Tusonda yerləşən tibb mərkəzinin avtomobil parkında naməlum şəxs atəş açıb.

Bu barədə "Report" ABŞ mətbuatına istinadən xəbər verir.

Polisin məlumatına görə, xəstəxananın binası mühasirəyə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər yaralanıb.

Atəş aşan şəxsin kimliyi barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi