ABŞ-da təyyarə yaşayış evlərinin üstünə düşüb, ölənlər var

ABŞ-da təyyarə yaşayış evlərinin üstünə düşüb, ölənlər var ABŞ-ın Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin yaşayış evlərinin üstünə düşməsi nəticəsində azı iki nəfər həlak olub.
Digər ölkələr
12 Oktyabr , 2021 01:45
ABŞ-da təyyarə yaşayış evlərinin üstünə düşüb, ölənlər var

ABŞ-ın Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin yaşayış evlərinin üstünə düşməsi nəticəsində azı iki nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə yerli xilasetmə xidmətlərinə istinadən “Fox 5” telekanalı xəbər verir.

Qeyd edilir ki, hadisə Santi şəhərciyində baş verib. Xilasedicilər hələ qəza zamanı təyyarədə neçə nəfərin olduğunu bilmirlər. Lakin qeyd edirlər ki, belə şəraitdə sağ qalmaq mümkün deyil.

Təyyarə iki kiçik evin üstünə düşüb və güclü yanğına səbəb olub. Hakimiyyət orqanları ev sahiblərinin mənzillərini tərk etməyə vaxt tapmalarını müəyyənləşdirir.

Son xəbərlər

Orphus sistemi