ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb - VİDEO

ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb - VİDEO Bakı. 26 dekabr. REPORT.AZ/ ABŞ-ın Cənubi Dakota ştatının Su-Fols şəhərində kiçik təyyarə yaşayış evinin üzərinə düşüb. Nəticədə bir neçə ev yanıb, həmçinin azı bir nəfər ölüb.
Digər ölkələr
26 Dekabr , 2018 08:26
ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb - VİDEO

Bakı. 26 dekabr. REPORT.AZ/ ABŞ-ın Cənubi Dakota ştatının Su-Fols şəhərində kiçik təyyarə yaşayış evinin üzərinə düşüb. Nəticədə bir neçə ev yanıb, həmçinin azı bir nəfər ölüb.

"Report" "Argus Leader" nəşrinə istinadən xəbər verir ki, ilkin məlumata görə, ölən şəxs təyyarənin pilotu olub.

Bildirilir ki, ölənlərin sayı arta bilər. Qəza nəticəsində iki evə ziyan dəyib, 4 evin sakinləri isə təxliyə edilib.

Hadisə yerində xilasetmə xidmətinin əməkdaşları işləyir. Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Birləşmiş Ştatlarda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi