Bakı. 29 İyun. REPORT.AZ/ Amerikanın Pleynvill şəhərində yüngül motorlu kiçik təyyarə yaşayış evinin üzərinə düşüb.
"Report" xəbər verir ki, bu barədə yerli mətbuatın məlumatında bildirilir.
"The Boston Globe" nəşri yazır ki, insident zamanı 3 nəfər ölüb. Onların hamısı təyyarənin göyərtəsində olublar. Ev sakinlərindən zərərçəkən olmayıb.
Məlumata görə, qəza nəticəsində binada yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub.



