ABŞ-da təyyarə yaşayış evinə düşüb, ölən var - VİDEO

ABŞ-da təyyarə yaşayış evinə düşüb, ölən var - VİDEO ABŞ-da təyyarə qəzası baş verib.
Digər ölkələr
30 Oktyabr , 2019 03:19
ABŞ-da təyyarə yaşayış evinə düşüb, ölən var - VİDEO

ABŞ-da təyyarə qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Nyu-Cersi ştatında baş verib. İki mühərrikli "Cessna 414" təyyarəsi Koloniya şəhərində yaşayış evinə düşüb. Nəticədə təyyarənin pilotu həlak olub. Hadisə zamanı 2 ev yanıb.

Qeyd edilir ki, təyyarə Virciniya ştatının hava limanından səmaya qalxıb. Vudbric şəhərinin meri bildirib ki, hadisə zamanı evlərin sakinləri arasında xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi