ABŞ-da təyyarə təcili eniş edib

ABŞ-da təyyarə təcili eniş edib Uçuş zamanı təyyarənin mühərrikində nasazlıq yaranıb
Digər ölkələr
26 Noyabr , 2016 02:19
ABŞ-da təyyarə təcili eniş edib

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ-ın Missisipi ştatında təyyarə təcili eniş edib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Məlumata görə, təyyarə Birmihemə doğru uçurmuş. O, orada sərnişin götürməli imiş. Lakin uçuş zamanı təyyarənin mühərrikində nasazlıq yaranıb. 

Hadisə nəticəsində təyyarənin qanadı zədələnib. Lakin insident zamanı heç kim xəsarət almayıb.

Şerif Tommi Vaddel bildirib ki, təyyarə Filadelfiyanın 3 kilometrliyində eniş edib. O, həmçinin qeyd edib ki, hava maşınının sahibi şəhərdə bayram günlərini keçirirmiş.

Son xəbərlər

Orphus sistemi