ABŞ-da təyyarə quş sürüsünə çırpılıb

ABŞ-da təyyarə quş sürüsünə çırpılıb United Airlines şirkətinə məxsus təyyarə məcburi eniş edib
Digər ölkələr
7 Mart , 2016 08:18
ABŞ-da təyyarə quş sürüsünə çırpılıb

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-ın United Airlines şirkətinə məxsus Boeing-767 təyyarəsi Hyuston şəhərinin hava limanında məcburi eniş edib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Almaniyanın "Menhen" şəhərinə səfər edən təyyarə Hyustonun hava limanından qalxdıqdan bir müddət sonra quş sürüsünə çırpılıb. 

Təyyarədəki 184 sərnişin gərgin və qorxu dolu anlar yaşayıb. Xoşbəxtlikdən sərnişinlərə heç nə olmayıb. 

Son xəbərlər

Orphus sistemi