Yuxarı
    Bağlamaq

    ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

    Hadisə zamanı 2 nəfər ölüb

    Bakı. 20 avqust. REPORT.AZ/ ABŞ-ın Oreqon ştatında təyyarə qəzası baş verib.

    "Report"un məlumatına görə, bu barədə "Gazeta" "The Weather Channel"-ə istinadən xəbər yayıb.

    Cefferson dairəsinin şerifi Cim Adkinin sözlərinə görə, hadisə yerli vaxtla gecə saat 2-də, Madras bələdiyyəsi aeroportunun cənubunda olub. Xəbərdə bildirilir ki, hadisə vaxtı təyyarədə bir pilot və sərnişin olub. Onların ikisi də qəza zamanı həlak olub.

    Təyyarə yerə endikdən sonra alışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi