ABŞ-da təyyarə qəzaya uğrayaraq yanıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayaraq yanıb, ölənlər var ABŞ-da təyyarə qəzası baş verib.
Digər ölkələr
102
27 İyul , 2021 03:37
ABŞ-da təyyarə qəzaya uğrayaraq yanıb, ölənlər var

ABŞ-da təyyarə qəzası baş verib.

“Report”un məlumatına görə, bu barədə KTVN 2 telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Kaliforniyada, Traki-Taxo hava limanında qeydə alınıb.

Telekanalın hadisə ilə bağlı yaydığı videoda təyyarənin düşdüyü yerdə güclü yanğının baş verdiyi əks olunur.

Qeyd edilir ki, hadisə zamanı hava gəmisində bir neçə nəfər olub. Onların hamısının qəzada həlak olduğu ehtimal edilir.

Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi