​ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

​ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var Hazırda onların sayı dəqiqləşdirilir
Digər ölkələr
14 Oktyabr , 2015 07:55
​ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatında kiçik təyyarə səyyar evlərin yerləşdiyi qəsəbə ərazisində qəzaya uğrayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin Palm-Biç şəhərinin Yanğın-Xilasetmə Xidmətinin kapitanı Alberto Borroto məlumat verib.

"Ölənlər var, onların sayı müəyyənləşdirilir", - deyə o bildirib.

Onun sözlərinə görə, təyyarənin qəzaya uğramasına iki evdə baş verən yanğın səbəb olub.

Federal Aviasiya İdarəsi faktı təsdiqləyib, lakin hadisənin təfərrüatları barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi