ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var ABŞ-ın Kolorado ştatının Blumfild şəhərində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb
Digər ölkələr
23 May , 2022 09:41
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Kolorado ştatının Blumfild şəhərində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.

“Bugünkü təyyarə qəzasının iki qurbanı olub. Yoldan ötənlər və evlərə ziyan dəyməyib”, - qurumdan bildirilib.

Hadisənin səbəbi hələ məlum deyil. Qəza ilə bağlı araşdırma aparılır.

Yanğınsöndürmə xidmətinin sözçüsü qeyd edib ki, bu, son iki həftədə ikinci belə hadisədir.

Son xəbərlər

Orphus sistemi