Yuxarı

ABŞ-da təyyarə qəzası olub, iki nəfər ölüb

Təyyarənin qırıntıları və ölənlərin meyitləri axtarış nətəcisində tapılıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ-ın Viskonsin ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Peninsula State Park" adlı parkın üzəri ilə uçan təyyarə gözlənilmədən radarlardan itib.

Məlumata görə, hadisə nəticəsində ölənlər - 69 yaşlı Ralf Keller 16 yaşlı Oliviya Dal adlı qıza təyyarəni idarə etməklə bağlı təlim keçirmiş.

Xəbərdə bildirilib ki, qızı təlimə aparan 69 yaşlı kişi könüllü imiş.

Hadisənin baş vermə səbəbləri araşdırlır. Təyyarənin qırıntıları və ölənlərin meyitləri axtarış nəticəsində tapılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi