Bakı. 31 dekabr. REPORT.AZ/ Amerikanın Vaşinqton ştatının şimal-qərbində birmühərrikli "Cessna" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, pilotla əlaqə təyyarə cümə axşamı havaya qalxdıqdan bir qədər sonra kəsilib, lakin qəza yeri yalnız bir gün sonra meşəlik ərazidə tapılıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.