Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ-ın Arizona ştatının Finiks şəhərində "Cessna 210" tipli yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 4 nəfərdən üçünün öldüyü təsdilənib.
"Report" xəbər verir ki, bu barədə dairə şerifi Hil Adam Şeperedə istinadən "Reuters" məlumat yayıb.
Təyyarə ötən bazar ertəsi qəzaya uğrayıb, lakin onun qalıqlarını yalnız bu gün səhər tapmaq mümkün olub.
Xilasedicilər hələ ki, üç nəfərin meyitini tapa biliblər. Dördüncü adamın axtarışları davam etdirilir.