ABŞ-da təyyarə qəzası nəticəsində 2 nəfər ölüb

ABŞ-da təyyarə qəzası nəticəsində 2 nəfər ölüb Qəzanın səbəbləri məlum deyil
Digər ölkələr
1 Aprel , 2018 03:49
ABŞ-da təyyarə qəzası nəticəsində 2 nəfər ölüb

Bakı. 1 aprel. REPORT.AZ/ Birləşmiş Ştatların Santa Pola şəhərində (Kaliforniya ştatı) birmühərrikli təyyarə istifadəsiz qalan binaya çırpılıb. Hadisə nəticəsində 2 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Ventura dairəsi şerifinin nümayəndələrinə istinadən ABC telekanalı məlumat yayıb.

Bildirilir ki, qəzadan sonra yanğın baş verib. Qəzanın səbəbləri məlum deyil, ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi