Yuxarı

​ABŞ-da təyyarə qəzası nəticəsində 10 nəfər ölüb

Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri cəlb edilib

Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ-ın Alyaska ştatında özəl birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 9 sərnişin və pilot həlak olub.

"Report" xəbər verir ki, bu haqda NBC telekanalı məlumat yayıb.

Təyyarə Alyaskanın cənubunda naməlum səbəblərdən qayaya çırpılıb.

Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri cəlb edilib.

Təyyarədə Siettla şəhərindən turistlər olub.

Qəza ştatın cənubunda yerləşən Katçikan şəhərində baş verib. Təyyarədən yarımadanın həmin ərazisinə turist daşımaq üçün istifadə edilirmiş.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi