ABŞ-da təyyarə qəzası baş verib.
"Report"
Belə ki, yüngül mühərrikli təyyarə Kinqslend şəhərinə eniş zamanı qəzaya uğrayıb.
Hadisə yerinə gələn Texas ştatının İctimai Təhlükəsizlik Xidmətinin əməkdaşları 2 nəfərin həlak olduğunu tədiqləyiblər. Faktla bağlı ABŞ-ın Mülki Aviasiya İdarəsi təhqiqat aparır.
Daha əvvəl ABŞ-ın Ohayo ştatının Madeyra şəhərciyində "Piper" tipli ikimühərrikli təyyarə uçuş zamanı yaşayış evinin üzərinə düşüb.


