ABŞ-da təyyarə qəzası baş verib: ölənlər var

ABŞ-da təyyarə qəzası baş verib: ölənlər var Qəzanın başvermə səbəbləri məlum deyil
Digər ölkələr
17 Sentyabr , 2017 19:47
ABŞ-da təyyarə qəzası baş verib: ölənlər var

Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ-da yüngülmühərrikli "Cirrus SR22" təyyarəsi qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Xəbərdə bildirilir ki, Fort-Kollins şəhərindən səmaya qalxaraq Moava (Yuta ştatı) doğru uçan təyyarə Kolorado ştatında, Denverdən 270 kilometr qərbdə qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə bir ailənin 4 üzvü olub. Onların hamısı qəzada həlak olub. Ölənlərin şəxsiyyəti açıqlanmır. 

Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri məlum deyil. 

Son xəbərlər

Orphus sistemi