Bakı. 1 yanvar. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə şənbə günü, yerli vaxtla saat 20:15-də İllinoys ştatında baş verib. Birmühərrikli "Piper PA28" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. Ölənlərdən 2-i qadın, 2-i kişidir.
Hadisənin başverməs səbəbləri hələlik məluim deyil. Faktı ABŞ Mülki Aviasiyasının Federal İdarəsinin mütəxəssisləri Nəqliyyatda Təhlükəsizlik Şurası araşdırır.