ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb ABŞ-da “Cessna421” ikimühərrikli yüngül təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Digər ölkələr
30 Sentyabr , 2019 17:44
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

ABŞ-da “Cessna421” ikimühərrikli yüngül təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Bildirilib ki, hadisə ABŞ-ın cənub-şərqində Florida ştatının De-Lend şəhərində baş verib. Təyyarənin uçuş istiqaməti məlum deyil. 

Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib. 

Son xəbərlər

Orphus sistemi