ABŞ-da təyyarə ilə avtomobil toqquşub, xəsarət alanlar var

ABŞ-da təyyarə ilə avtomobil toqquşub, xəsarət alanlar var ABŞ-ın Florida ştatında kiçik mühərrikli təyyarənin avtomobil yolu körpüsünə təcili enişə cəhd etməsi nəticəsində azı 6 nəfər xəsarət alıb.
Digər ölkələr
15 May , 2022 00:31
ABŞ-da təyyarə ilə avtomobil toqquşub, xəsarət alanlar var

ABŞ-ın Florida ştatında kiçik mühərrikli təyyarənin avtomobil yolu körpüsünə təcili enişə cəhd etməsi nəticəsində azı 6 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə CNN yerli xilasedicilər və aviasiya orqanına istinadən xəbər verir.

Qeyd edilir ki, “Cessna” nasaz mühərriklə yerə enərkən avtomobillə toqquşub və alovlanıb.

Teleşirkət Mayami-Deyd dairəsinin Yanğın və Xilasetmə Departamentinə istinad edərək, altı nəfərin xəsarət aldığını bildirib. Onlardan beşi həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdirilib, altıncı yaralının vəziyyəti barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi