Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kanzas ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları terror hadisəsi törətməyi hazırlamaqda şübhəli bilinən 3 nəfəri həbs edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, onlar Kanzasın qərb hissəsindəki Qarden-Sitidə yaşayan Somali əsilli şəxslərə qarşı terror aktı planlaşdırıblar.
Yaxın saatlarda onlara rəsmi qaydada ittihamlar irəli sürüləcək.
Həbs edilənlərin adları açıqlanmır.