ABŞ-da təlim zamanı bombardımançı təyyarə qəzaya uğrayıb

ABŞ-da təlim zamanı bombardımançı təyyarə qəzaya uğrayıb Hadisə Florida ştatı sahillərində baş verib
Digər ölkələr
15 Mart , 2018 05:43
ABŞ-da təlim zamanı bombardımançı təyyarə qəzaya uğrayıb

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinin "F/A-18 Hornet" tipli bombardımançı təyyarəsi Florida ştatının Boka Çika Ki rayonu ərazisində qəzaya uğrayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qırıcı təyyarə havada yanmağa başlayıb və Ki-Uest aviabazasının uçuş-eniş zolağından bir km aralıda suya çırpılıb.

Atlantika Hərbi Dəniz Qüvvələri nümayəndəsinin sözlərinə görə, pilot və şturman katapult etməyə macal tapıb. Hərbçi qeyd edib ki, heyət üzvləri təlim uçuşu həyata keçiriblər.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Heyət üzvlərinin vəziyyəti barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi