ABŞ-da telekanalda atışma olub, xəsarət alan var

ABŞ-da telekanalda atışma olub, xəsarət alan var Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-ın paytaxtı Vaşinqtonda, Fox-5 telekanalında atışma olub.
Digər ölkələr
23 Oktyabr , 2018 03:27
ABŞ-da telekanalda atışma olub, xəsarət alan var

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-ın paytaxtı Vaşinqtonda, "Fox-5" telekanalında atışma olub.

"Report" "The Washington Post"a istinadən xəbər verir ki, buna səbəb binaya icazəsiz daxil olma cəhdi olub.

Hadisə zamanı bir nəfər yaralanıb. Həmin şəxsin kişi olduğu bildirilir. Onun səhhəti barədə məlumat verilmir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. 

Xatırladaq ki, bir neçə gün əvvəl də ABŞ-da atışma olub. Hadisə Texas ştatında, sakinlərdən birinin azyaşlı övladının ad günü münasibətilə keçirdiyi şənlik mərasimində baş verib. Mərasimdə iştirak edən ailələr arasında baş verən silahlı qarşıdurma zamanı 4 nəfər həlak olub. 

Son xəbərlər

Orphus sistemi