ABŞ-da sürücü avtomobili kütlənin üzərinə sürüb

ABŞ-da sürücü avtomobili kütlənin üzərinə sürüb Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
24 Avqust , 2017 08:04
ABŞ-da sürücü avtomobili kütlənin üzərinə sürüb

Bakı. 24 avqust. REPORT.AZ/ Birləşmiş Ştatların Sent-Luis şəhərində (Missuri ştatı) sürücü avtomobili xatirə aksiyasına toplaşmış insanların üzərinə sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, zərərçəkənlər əzilmiş və sıyrılmış xəsarətləri alıblar.

Qəza çərşənbə axşamı silahlı müqavimət göstərdiyinə görə polis tərəfindən öldürülən yerli sakin Kivi Herrinqin xatirəsini anmaq üçün toplaşdıqları ərazi yaxınlığında baş verib.

Son xəbərlər

Orphus sistemi