ABŞ-da şübhəli məktubun açılmasından sonra 11 hərbçi xəsarət alıb

ABŞ-da şübhəli məktubun açılmasından sonra 11 hərbçi xəsarət alıb Üç nəfər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
28 Fevral , 2018 03:33
ABŞ-da şübhəli məktubun açılmasından sonra 11 hərbçi xəsarət alıb

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın Vaşinqton yaxınlığında yerləşən Arlinqton dairəsindəki hərbi bazada şübhəli məktubun açılmasından sonra 11 nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli xilasedicilər öz "Twitter" səhifələrində məlumat yayıblar.

"İnzibati binada (bazada) məktub açılandan sonra 11 nəfər özünü xəstə kimi hiss edib. Xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi