ABŞ-da soyuq müharibə illərindən bəri ilk dəfə nüvə hücum xəbərdarlığı sirenası yoxlanılacaq

ABŞ-da soyuq müharibə illərindən bəri ilk dəfə nüvə hücum xəbərdarlığı sirenası yoxlanılacaq Bakı. 27 noyabr. REPORT.AZ/ ABŞ-a məxsus Havay adalarında soyuq müharibə illərindən bəri ilk dəfə nüvə hücum xəbərdarlığı sirenası yoxlanılacaq.
Digər ölkələr
27 Noyabr , 2017 13:21
ABŞ-da soyuq müharibə illərindən bəri ilk dəfə nüvə hücum xəbərdarlığı sirenası yoxlanılacaq
Getty

Bakı. 27 noyabr. REPORT.AZ/ ABŞ-a məxsus Havay adalarında soyuq müharibə illərindən bəri ilk dəfə nüvə hücum xəbərdarlığı sirenası yoxlanılacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları Vaşinqton və Pxenyan arasında münasibətlərin gərginləşməsi səbəbindən bu addımı atacaq.

Havaya ştatının Fövqəladə Vəziyyətlər Agentliyinin rəhbəri Verna Miyaqinin sözlərinə görə, Şimali Koreyanın nüvə hücumuna əl atacağı az ehtimallıdır, amma bu baş versə, ada, çox güman, əsas hədəf olacaq.

"KXDR-ə ABŞ-ın qitə ərazilərinin çoxundan daha yaxınıq. Təhdidi görməmək mümkün deyil. Şimali Koreya raket və nüvə sınaqlarını davam etdirir", - V.Miyaqi bildirib.

O əlavə edib ki, həyəcan siqnalının sınaqdan keçirilməsinə dekabrın 1-də başlanacaq: "Sirenanın hər ay səslənəcəyi gözlənilir. Bundan əlavə, siqnaldan sunami və ya qasırğa olan zaman da bildiriş məqsədi ilə istifadə olunacaq."

Son xəbərlər

Orphus sistemi