ABŞ-da soyuq hava nəticəsində ölənlərin sayı artır

ABŞ-da soyuq hava nəticəsində ölənlərin sayı artır ABŞ-da son günlər şaxtalı havalar nəticəsində ölənlərin sayı 29-a çatıb
Digər ölkələr
17 Fevral , 2021 18:42
ABŞ-da soyuq hava nəticəsində ölənlərin sayı artır

ABŞ-da son günlər şaxtalı havalar nəticəsində ölənlərin sayı 29-a çatıb.

“Report” NYT-yə istinadən xəbər verir ki, rəsmi mənbələrə əsasən, bu ölümlər Texas, Kentuki, Missisipi, Missuri, Luiziana, Oreqon, Tenessi ştatlarında baş verib.

Belə ki, istirahət və bazar ertəsi günləri ölüm səbəbi daha çox yol qəzaları, çərşənbə axşamı isə dəm qazından zəhərlənmə, donvurma, həmçinin bədbəxt hadisələr nəticəsində olub.

Qeyd edək ki, fevralın 16-sı ölkənin 21 məntəqəsində müşahidə dövrünün ən aşağı hava hərarəti qeydə alınıb. O cümlədən Nebraskanın Linkoln şəhərində havanın hərarəti mənfi 35 dərəcəyə, Hastinqs şəhərində isə 34 dərəcəyə enib.

Son xəbərlər

Orphus sistemi