ABŞ-da soyğunçularla polis arasında atışma olub, ölənlər var - VİDEO

ABŞ-da soyğunçularla polis arasında atışma olub, ölənlər var - VİDEO ABŞ-ın Florida ştatında mağaza soyğunçuluğuna cəhddə, avtomobil oğurluğunda və girov götürülməsində şübhəli bilinən iki nəfər polislə atışmada öldürülüb.
Digər ölkələr
6 Dekabr , 2019 04:33
ABŞ-da soyğunçularla polis arasında atışma olub, ölənlər var - VİDEO

ABŞ-ın Florida ştatında mağaza soyğunçuluğuna cəhddə, avtomobil oğurluğunda və girov götürülməsində şübhəli bilinən iki nəfər polislə atışmada öldürülüb.

"Report"un məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarına istinadən CBS telekanalı bildirib.

Polisin məlumatına görə, iki kişi zərgərlik mağazasını soymağa çalışıb, bundan sonra UPS ekspress şirkətinin yük maşınını qaçırıblar. Onlar sürücünü girov götürüblər. Polis cinayətkarları təqib edərkən qarətçilər asayiş keşikçilərinə atəş açıblar.

Cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. Girov götürülən şəxsin aqibəti barədə məlumat verilmir. 

İlkin məlumata görə, atışma zamanı polis əməkdaşlarından heç kim zərər çəkməyib.

Son xəbərlər

Orphus sistemi