ABŞ Konqresinin sabiq komitə rəhbəri "Twitter"ə qarşı 250 milyon dollarlıq iddia qaldırıb

ABŞ Konqresinin sabiq komitə rəhbəri "Twitter"ə qarşı 250 milyon dollarlıq iddia qaldırıb ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sabiq rəhbəri, Respublikaçılar Partiyasından olan Devin Nunyes Twitterə qarşı 250 milyon dollarlıq iddia qaldırıb.
Digər ölkələr
19 Mart , 2019 11:43
ABŞ Konqresinin sabiq komitə rəhbəri Twitterə qarşı 250 milyon dollarlıq iddia qaldırıb
0 : 00
0 : 00

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sabiq rəhbəri, Respublikaçılar Partiyasından olan Devin Nunyes "Twitter"ə qarşı 250 milyon dollarlıq iddia qaldırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, D.Nunyes sosial şəbəkəni 2018-ci ildə Konqresə seçkilərə təsir göstərmək məqsədi ilə mühafizəkarlara qarşı "kölgə bloklaması" siyasəti yürütməkdə ittiham edib.

"Fox News" telekanalının məlumatına görə, Virciniya ştatının məhkəməsinə təqdim edilmiş iddianamədə "Twitter"in Nunyesin ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsindəki işini pozmaq istədiyini qeyd olunub.

Telekanalın yaydığı xəbərə əsasən, Nunyes ona dəyən maddi ziyanın kompensasiyası kimi 250 milyon dollar təzminat, eləcə də 350 min dollar cəza zərərinin ödənilməsini tələb edir.

Siyasətçi həmçinin "Twitter"dan onun adına qara yaxan akkauntların arxasında hansı insanların dayandığının elan olunmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi