ABŞ-da sinaqoqun partladılmasının qarşısı alınıb, saxlanılan var

ABŞ-da sinaqoqun partladılmasının qarşısı alınıb, saxlanılan var ABŞ vətəndaşı sinaqoqu partlatmaq cəhdinə görə həbs edilib.
Digər ölkələr
5 noyabr 2019 04:01
ABŞ-da sinaqoqun partladılmasının qarşısı alınıb, saxlanılan var

ABŞ vətəndaşı sinaqoqu partlatmaq cəhdinə görə həbs edilib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, Kolorado polisi sinaqoqu partlatmağı planlaşdıran yerli sakin Riçard Holçeri yaxalayıb. Polisin məlumatına görə, 27 yaşlı gənc bir nəfərlə əlbir olaraq Pueblo şəhərindəki sinaqoqu partlatmağı planlaşdırıb.

Federal Təhqiqat Bürosu (FTB) həmin şəxsin sosial şəbəkələrdə fəal şəkildə antisemit baxışları ifadə etdiyini aydınlaşdırıb. FTB-nin casusları onunla görüşəndə Riçard Holçer "müqəddəs müharibə"yə başlamaq niyyətində olduğunu deyib. O, həmçinin casuslara öz planı barədə də ətraflı danışıb.

Holçer partlayışdan bir neçə saat əvvəl saxlanılıb. Qeyd edilir ki, onu müddətlik həbsxana cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi