ABŞ-da sinaqoqa hücum nəticəsində 11 nəfər qətlə yetirilib - VİDEO - YENİLƏNİB

ABŞ-da sinaqoqa hücum nəticəsində 11 nəfər qətlə yetirilib - VİDEO - YENİLƏNİB Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərindəki sinaqoqda atışma nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Digər ölkələr
28 Oktyabr , 2018 00:42
ABŞ-da sinaqoqa hücum nəticəsində 11 nəfər qətlə yetirilib - VİDEO - YENİLƏNİB

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərindəki sinaqoqda atışma nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

“Report” NBC-yə istinadən xəbər verir ki, bu barədə Pittsburq şəhərinin İctimai Təhlükəsizlik Departamentinin rəsmi məlumatında deyilir.

Hadisə qurbanları arasında uşaqların olmadığını bildirilir.

Departamentdən həmçinin qeyd olunub ki, atışma nəticəsində 6 nəfər yaralanıb ki, onlardan da 4-ü polis əməkdaşıdır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı vəziyyəti izlədiyini bildirib.


***19:02

Bakı. 27 oktyabr. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində şənbə günü çoxlu insanın toplaşdığı sinaqoqlardan birində naməlum şəxs avtomat silahdan atəş açıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, silahlı insident nəticəsində üçü polis əməkdaşı olmaqla ən azı 8 nəfər həyatını itirib. Yaralıların sayı məlum deyil.

Yerli KDKA telekanalının məlumatına görə, polis silahlı insidentin baş verdiyini təsdiq edib. Hadisə yerinə gələn polis dəstələri atəşə tutulub və onlar maşınların arxasında gizlənməli olublar.

Mətbuat atəş açan şəxsin artıq saxlanıldığını yazır. Hadisəni törədən şəxsin 46 yaşlı Robert Bouers olduğu bildirilir. O, atəş açan zaman "onlardan heç birinin sağ qalmasını istəmirəm" deyə qışqırdığı söylənilir.

Bundan əvvəl ABŞ-da orta mənzilli raketləri vuran yeni sistem sınaqdan keçirilib.

Son xəbərlər

Orphus sistemi