Yuxarı

ABŞ-da silahlı şəxs hərbi xəstəxanada atışma törədib

Xəstəxana rəhbərliyi həkim və xəstələri təxliyyə etməyə çalışır

Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ-ın San-Dieqo şəhərində yerləşən Hərbi Donanma Xəstəxanasında naməlum silahlı şəxs atışma törədib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəstəxana rəhbərliyi həkim və xəstələrin təxliyyə olunmasına çalışır.

Hadisə şahidləri atışma səsləri eşitdiklərini bildiriblər. Xəstəxana ərazisinə polis əməkdaşları daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi