ABŞ-da atışma olub, bir neçə nəfər xəsarət alıb

ABŞ-da atışma olub, bir neçə nəfər xəsarət alıb ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində atışma olub
Digər ölkələr
12 Aprel , 2021 04:30
ABŞ-da atışma olub, bir neçə nəfər xəsarət alıb

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində atışma olub.

“Report” xəbər verir ki, bu barədə polisin tvitterdəki səhifəsində bildirilir. Məlumata görə, atışma zamanı 4 nəfər xəsarət alıb.

"Kiro 7" telekanalı isə bildirib ki, yaralılardan biri yeniyetmə qızdır. Onun vəziyyəti ağırdır. Digər zərərçəkənlər kişilərdir, onların vəziyyəti qənaətbəxş hesab edilir.

Polis hələ hadisəni törədən şəxsi yaxalaya bilməyib.

Son xəbərlər

Orphus sistemi