ABŞ-da silahlı şəxs 5 nəfəri qətlə yetirib

ABŞ-da silahlı şəxs 5 nəfəri qətlə yetirib Qurbanlardan ikisinin uşaq olduğu deyilir
Digər ölkələr
8 fevral 2015 01:10
ABŞ-da silahlı şəxs 5 nəfəri qətlə yetirib

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-da növbəti qanlı cinayət qeydə alınıb.

"Report"un BBC-yə istinadla verdiyi xəbərə görə, Anlanta şəhərindən 50 kilometr qərbdə yerləşən Duqlasvil qəsəbəsində silahlı şəxs 5 nəfəri qətlə yetirib.

Yerli polis qurbanlardan 2-sinin uşaq olduğunu açıqlayıb. Atışma zamanı ən azı iki nəfərin də yaralandığını bildirilir. 

Yaralılar arasında qatilin olduğu qeyd olunsa da onun kimliyi və cinayətin səbəbləri haqda məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi