ABŞ-da silahlı qıza görə 22 məktəb bağlanıb - FOTO - VİDEO

ABŞ-da silahlı qıza görə 22 məktəb bağlanıb - FOTO - VİDEO ABŞ-ın Kolorado ştatında azı 22 məktəb silahlı qızın yaratdığı təhlükəyə görə müvəqqəti olaraq bağlanıb.
Digər ölkələr
17 Aprel , 2019 05:24
ABŞ-da silahlı qıza görə 22 məktəb bağlanıb - FOTO - VİDEO

ABŞ-ın Kolorado ştatında azı 22 məktəb silahlı qızın yaratdığı təhlükəyə görə müvəqqəti olaraq bağlanıb.

"Report" xəbər verir ki, bu barədə NBC bildirib.

"Koloradoda "Columbine High School" da daxil olmaqla, ən azı 22 məktəb müvəqqəti bağlanıb. Federal Təhqiqat Bürosu və ştat hakimiyyəti "fövqəladə təhlükəli" kimi qeyd edilən 18 yaşlı qızı axtarır", - deyə telekanal bildirib.

Polis şerifi Mayk Taplinin ofisinin nümayəndəsi bildirib ki, həmin şəxs 18 yaşlı Sol Paisdir. O, ştata gəlib və Denver şəhəri ərazisindəki məktəbi təhdid edib. Polis nümayəndəsinin sözlərinə görə, qız silahlıdır və fövqəladə dərəcədə təhlükəlidir. 

Daha əvvəl ABŞ-ın Filadelfiya şəhərində sürücü avtomobili qəsdən piyadaların üstünə sürüb.

Son xəbərlər

Orphus sistemi