ABŞ-da silahlı insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb

ABŞ-da silahlı insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatında baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Digər ölkələr
25 Yanvar , 2019 16:18
ABŞ-da silahlı insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatında baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, cümə axşamı gecə saatlarında 21 yaşlı kişi Steyt Kollec şəhərindəki "Ramada" hotelində yerləşən "P.J. Harrigan`s" barında atışma törədib. O, sabiq rəfiqəsini öldürüb, bardakı başqa iki nəfəri isə ağır yaralayıb.

Bundan sonra hücum edən şəxs hotel binasından avtomobili ilə ayırlıb və Pensilvaniya Universitetinin yaxınlığındakı küçələrdən birində binaya çırpılıb. Maşından düşən gənc mənzillərdən birinə girib və oradakı kişini güllələyib, ardından isə özünü də vuraraq intihar edib.

Son xəbərlər

Orphus sistemi