ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var

ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var ABŞ-ın Texas ştatının San Antonio şəhərindəki “Venture” musiqi salonunda ötən gün axşam keçirilən konsert zamanı silahlı insident baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb.
Digər ölkələr
20 Yanvar , 2020 11:09
ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var

ABŞ-ın Texas ştatının San Antonio şəhərindəki “Venture” musiqi salonunda ötən gün axşam keçirilən konsert zamanı silahlı insident baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb.

“Report” NBC-yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Uilyam Makmanus məlumat yayıb.

Bildirilib ki, salonda bir qrupla başqa bir şəxs arasında mübahisə zamanı həmin şəxs silahdan atəş açıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan biri xəstəxanada keçinib.

Ölən və yaralananların həmin məkanın daimi müştərisi olduqları bildirilir.

Polis hadisəni törədən şəxsi axtarır.

Son xəbərlər

Orphus sistemi