ABŞ-da silah və narkotik satışı ilə məşğul olan 50 nəfər həbs edilib

ABŞ-da silah və narkotik satışı ilə məşğul olan 50 nəfər həbs edilib Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-da Facebook sosial şəbəkəsində silah və narkotik satışı ilə məşğul olan 50 nəfər həbs edilib.
Digər ölkələr
22 Dekabr , 2017 05:45
ABŞ-da silah və narkotik satışı ilə məşğul olan 50 nəfər həbs edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-da "Facebook" sosial şəbəkəsində silah və narkotik satışı ilə məşğul olan 50 nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Chicago Tribune" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Çikaqo şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları silah və narkotiklərin alınması ilə əlaqədar cinayətkarlara demək olar, 50 min dollar dəyərində sifariş verməyə müvəffəq olublar. Saxlananlardan 18-i axtarışda imiş.

Şübhəli şəxslərin narkotik vasitələrin satışı və silah qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın üzvü olduqları istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi