​ABŞ-da tüstülənən sərnişin təyyarəsi təcili eniş edib

​ABŞ-da tüstülənən sərnişin təyyarəsi təcili eniş edib Eniş uğurlu alınıb, zərər çəkən olmayıb
Digər ölkələr
15 Dekabr , 2015 23:28
​ABŞ-da tüstülənən sərnişin təyyarəsi təcili eniş edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Amerikanın "Alaska Airlines" aviaşirkətinə məxsus təyyarə salonda yaranan tüstü səbəbindən Vaşinqton ştatının Spokan şəhərinə qəzalı eniş edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının rəsmi nümayəndəsi Helli Niqq məlumat verib.

Onun sözlərinə görə, eniş uğurlu alınıb, göyərtədə olan 75 sərnişin və 4 heyət üzvündən heç kim xəsarət almayıb.

"Bombardier Q400" tipli təyyarə Sieltadan Spokana uçurmuş. Həyəcan təbili uçuşdan 15 dəqiqə sonra çalınıb. Buna sərnişinlərin salonda tüstülənmənin olmasından şikayət etməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi